Goranboyda avtomobil piyadanı vurub öldürdü

1767890642_qeza9

Goranboy rayonunda 1947-ci il təvəllüdlü Elman Həsənovu avtomobil vurub.

Bolge.az “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Veyisli kəndi ərazisində qeydə alınıb.

“VAZ-2107” markalı avtomobilin vurduğu piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.