Mingəçevir Avtovağzalının icraçı direktoru vəfat edib
Mingəçevir Avtovağzalının icraçı direktoru Coşqun Rəhimovun ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Bolge.az xəbər verir ki, Coşqun Rəhimov avtovağzalın ərazisində yerləşən hotelin otaqlarından birində dünyasını dəyişib. Bildirilir ki, həmin otaq onun daimi istirahəti üçün ayrılıbmış.
Hadisə baş verən vaxt icraçı direktorun otaqda tək olduğu müəyyən edilib.
Məlumata görə, Coşqun Rəhimov uzun müddətdir ürək çatışmazlığından əziyyət çəkirmiş və vaxtaşırı ağrılar yaşayırmış.
Ehtimal edilir ki, ölümündən az əvvəl yenidən ağrıları başlayıb və o, kömək üçün kiməsə zəng etməyə çalışıb. Lakin halı pisləşdiyi üçün buna imkan tapmayıb və qapıya yönələrkən yıxılaraq dünyasını dəyişib.