Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib
Avqustun 17-də gecə saatlarında Mingəçevir şəhərində bıçaqlanma hadisəsi qeydə alınıb.
Bölge.az xəbər verir ki, hadisə saat 01:00 radələrində N.Nərimanov küçəsində baş verib. İlkin məlumata görə, şəhər sakini, 45 yaşlı Hafis Hüseynov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 55 yaşlı Rəhim Vəliyevə bıçaqla xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata əsasən, hadisəni törətməkdə şübhəli bilinən Hafis Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb. Zərərçəkən Rəhim Vəliyev isə xəstəxanaya yerləşdirilib, vəziyyəti barədə əlavə məlumat veriləcəyi gözlənilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.