Mingəçevirdə bir ailənin iki üzvü dəm qazından zəhərləndi

dbed787811a39f454693b62a87c5861a_Untitled-1

Mingəçevir şəhərində bir ailənin iki üzvü dəm qazından zəhərlənib. Hadisə şəhərin Heydər Əliyev prospektindəki yaşayış binasında baş verib.

Binadakı mənzillərdən birində yaşayan 1935-ci il təvəllüdlü Nabat İsmayılova və qızı, 1973-cü il təvəllüdlü Mədinə İsmayılova dəm qazından zəhərləniblər.
Onlar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətiriliblər və ilkin tibbi yardım göstəriləndən sonra hər ikisi evə buraxılıblar.