Mingəçevirdə ictimai asayişi pozan şəxs inzibati qaydada həbs edilib

InShot_20251220_183822201

Bölgə.az Aran MEDİA-ya istinadən xəbər verir ki, 19 dekabr 2025-ci il tarixində sosial şəbəkələrdə yayılan videogörüntülərdə bir şəxsin qeyri-adekvat davranışlar sərgiləyərək ictimai asayişi pozması əks olunub. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan rəsmi açıqlama verilib.
Bildirilib ki, sosial şəbəkələrdə paylaşılan videogörüntülər Mingəçevir Şəhər Polis Şöbəsində (ŞPŞ) araşdırılıb. Araşdırmalar zamanı həmin şəxsin Mingəçevir şəhər sakini Nicat Həsənov olduğu müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanılıb.
Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Nicat Həsənov barəsində 1 ay müddətinə inzibati qaydada həbs tədbiri seçilib.
Operativ reaksiyaya görə Aran Media adından başda Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev olmaqla Mingəçevir şəhər polis əməkdaşlarına xüsusi təşəkkürümüzü bildiririk.