Mingəçevirdə zirzəmidən tapılan körpə xəstəxanaya yerləşdirildi

InShot_20251012_114250633

Daxili İşlər Nazirliyi (DİN) Mingəçevirdə zirzəmidən köməksiz vəziyyətdə tapılan körpə ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Blge.az-a bildirilib ki, ərazi üzrə polis orqanları körpə ilə bağlı təhqiqat araşdırmalarını davam etdirir.

Azyaşlı həmin yerdən götürülərək polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilib və hazırda tibbi müayinəsi aparılır. Həmçinin körpənin yaxınlarının müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.