73 nəfər futboldan ömürlük UZAQLAŞDIRILDI

1769702943_1f159abf4b5749ab989dd40c23ec0e5f

Çində futbolda oyun alqı-satqısı və korrupsiyaya qarşı tədbirlər çərçivəsində 73 nəfəri futboldan ömürlük uzaqlaşdırıb və doqquz yüksək liqa klubunun xalı silinib.

Cəzalandırılanlar arasında Çin milli komandasının sabiq baş məşqçisi və “Everton”un keçmiş futbolçusu Li Te, eləcə də Çin Futbol Assosiasiyasının (CFA) sabiq prezidenti Çen Süyüan da var.

2019–2021-ci illərdə milli komandaya rəhbərlik etmiş Li və Çen milyonlarla dollar məbləğində rüşvət almaqda təqsirli biliniblər. Li 20 il müddətinə azadlıqdan məhrum edilib, Çen isə ömürlük həbs cəzası alıb.