“Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk günü iki medalla baş vurdular – YENİLƏNİB
Azərbaycan cüdoçuları Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turnirinin ilk gününü iki medalla başa vurublar.
Ruslan Paşayev (66 kq) bürünc medal qazanıb.
Daha əvvəl Balabəy Ağayev (60 kq) qızıl mükafata sahib çıxıb.
Nazir Talıbov (66 kq) 1/16 final mərhələsində Migel Qaqoya (Portuqaliya) uduzub.
Qeyd edək ki, “Böyük Dəbilqə” fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.
***
Azərbaycanın cüdoçusu Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb.
“Ölkə.az” xəbər verir ki, buna Balabəy Ağayev (60 kq) nail olub.
27 yaşlı idmançı finalda ukraynalı Dilşot Xalmatova qalib gəlib.
Qeyd edək ki, “Böyük Dəbilqə” fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.
***
Azərbaycanın bir cüdoçusu Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turnirində turnirində finala vəsiqə qazanıb.
Ölkə.Az xəbər verir ki, Balabəy Ağayev (60 kq) buna nail olub.
27 yaşlı idmançı yarımfinalda İsrail təmsilçisi İtshak Aşpizə (İsrail) qalib gəlib.
Bu raundda məğlub olan Ruslan Paşayev (66 kq) üçüncü yer uğrunda görüşə çıxacaq. Nazir Talıbov (66 kq) 1/16 final mərhələsində Migel Qaqoya (Portuqaliya) uduzub.
Qeyd edək ki, “Böyük Dəbilqə” fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.