İbrahimoviçin oğlu atasının klubuna transfer oldu

1768401731_screenshot_9

Hollandiyanın “Ayaks” klubu hücumçu Maksimilian İbrahimoviçi İtaliyanın “Milan” klubundan icarəyə götürüb.

Bolge.Az Amsterdam futbol klubunun rəsmi saytına istinadən xəbər verir ki, müqavilə cari mövsümün sonuna qədər altı ay müddətinə nəzərdə tutulub. Müqavilədə 19 yaşlı hücumçunu almaq imkanı da var.

İsveç millisinin hücumçusu Zlatan İbrahimoviçin oğlu 2022-ci ildən “Milan”da çıxış edir. O, son altı ayı “Milan”ın ikinci komandası olan “Milan Futuro”da oynayıb.

Xatırladaq ki, Z.İbrahimoviç legioner kimi ilk dəfə Niderland klubunda forma geyib. O, 2001–2004-cü illərdə “Ayaks”ın futbolçusu olub.