Kərim Benzema “Əl-İttihad”dan ayrılır

1769706152_epswreazefpzcjmmomjnttbu2tsimwdu

Fransalı futbolçu Kərim Benzema Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubundan ayrılmaq üzrədir.

Hücumçu klub rəhbərliyinin ona verdiyi vədlərə əməl etməməsindən narazıdır.

38 yaşlı futbolçu “Əl-İttihad”la yeni müqavilə ilə bağlı danışıqları dayandırıb.

Qeyd edək ki, Kərim Benzema 2023-cü ilin yayından etibarən “Əl-İttihad”ın formasını geyinir. Onun klubla mövcud müqaviləsi bu ilin yayında başa çatacaq.