“Liverpul” Məhəmməd Salaha əvəzləyici tapıb

1771340268_screenshot_1

İngiltərə təmsilçisi “Liverpul”un rəhbərliyi cari mövsümün sonunda komandadan ayrılmaq ehtimalı olan Məhəmməd Salaha əvəzləyici tapıb.

“The Touchline” nəşri xəbər verir ki, hücum xəttini gücləndirmək üçün İspaniyanın “Real” kollektivinin futbolçusu Rodriqo əsas hədəf kimi seçilib.

Bundan başqa, siyahıda həmçinin “Nyukasl”da çıxış edən Entoni Qordon da yer alıb.

Qeyd edək ki, hazırda “Liverpul” 42 xalla Premyer Liqanın turnir cədvəlində altıncı pillədə qərarlaşıb