UEFA-dan Emin Mahmudov paylaşımı: İnanılmaz qol – VİDEO
UEFA-nın rəsmi səhifəsi Azərbaycan millisi ilə bağlı paylaşım edib.
Bolge.az-ın məlumatına görə, səhifə yığma komandamızın üzvü Emin Mahmudovun qolunu izləyicilərlə bölüşüb.
“Emin Mahmudovdan inanılmaz qol”, – deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, sözügedən görüntülər Azərbaycan-İsveç matçındandır. Millimiz AVRO-2024-ün seçmə mərhələsində rəqibin qapısında 3 cavabsız top keçirib.
Kapitan Emin Mahmudov 3-cü və 89-cu dəqiqələrdə qol vuraraq dubl edib. Renat Dadaşov isə 6-cı dəqiqədə rəqibin qapısına yol tapıb.