“Göyçay Aqrotexservis” ABM-nin yoxlamasına maneə oldu

4414f023339a3bc19f16c332fe8755da_b96a4e45d13e4ace2a90f9231325af1f_4f9459263966cee79c30a29a019ce959_1721136132_b6ea5e6bd756133e6cbc96bc5baaad1a4-jpg

“Göyçay Aqrotexservis” Açıq Səhmdar Cəmiyyəti (ASC) barəsində protokol tərtib edilib.
Mərkəzi Bank tərəfindən tərtib olunan protokol İnzibati Xətalar Məcəlləsinin 548.1-ci (Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinə mane olma) maddəsi ilə yazılıb və işə məhkəmədə baxılıb.
Məlum olub ki, Mərkəzi Bankın əməkdaşları tərəfindən yoxlamaların keçirilməsinə ASC tərəfindən maneçilik törədilib. ASC-nin İnzibati Xətaları Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilib.
Məhkəmənin qərarı ilə “Göyçay Aqrotexservis” ASC-yə 1500 manat məbləğdə cərimə təyin edilib.
Qeyd edək ki, nizamnamə kapitalı 836938 manat olan ASC