“TikTok”da bu səhifənin idarəçisi inzibati qaydada həbs edildi

d94cca27f6c8697e8fd4abfafb409984_6980c02144ee86980c02144ee91770045473f971bd34040cde31c1ae7a64b3d43016

Sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.
 
 “TikTok” platformasında qeyd edilən qanunsuz əməllərə yol verən “Velizarofficial” adlı səhifəni idarə edən Salman Məmmədov saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilib.Müvafiq qərarla Salman Məmmədov inzibati qaydada həbs edilib.