Azərbaycanda iqtisadi baxımdan ƏN ZƏİF 10 RAYON Hansılardır?

iqtisadi-artm1-570x414

Bu rayonlar niyə geridə qalıb? Paytaxt Bakı istisna, əksər rayonlarda iqtisadi zəiflik müşahidə olunur. Bu da insanların Bakıya köçməsinə, rayonların, kəndlərin boşalmasına səbəb olur. Hansı rayonlardır diqqətdən kənarda qalan? Yerin Qulağı kanalı bu dəfə rayonların iqtisadi baxımdan durumunu araşdırıb. Bu gün sizə iqtisadi baxımdan ən zəif 10 rayonu göstərəcəyik. Göstəricilər iqtisadiyyatın sənaye, kənd təsərrüfatı meşə təsərrüfatı və balıqçılıq, tikinti, nəqliyyat və anbar təsərrüfatı informasiya və rabitə, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrini əhatə edir. Bu rayonlar niyə geridə qalıb? Səbəblər coğrafiyadadırmı, yoxsa imkanlarda? Gəlin birlikdə baxaq: 10-cu yerdə Astara rayonu gəlir – Astara sərhəd rayonu olsa da, iqtisadi göstəricilərdə son sıralardadır. Sənaye zəif inkişaf edib, Kənd təsərrüfatı əsasən sitrus və çayla məhdudlaşır, Ticarət mövsümidir, daimi gəlir yaratmır. Əhali var, potensial var, amma iqtisadi dövriyyə zəifdir. Ümumi məhsul buraxılışı, yəni gələn gəlir 273 621 manat təşkil edir. Eyni zamanda bəzi kəndləri də sürətlə boşalır. Hər kənddə çox sayda sahibsiz qalmış ev görmək mümkündür. Astaranın iqtisadiyyatı əsasən çayçılıq, sitrus bağları və balıqçılığa söykənir. Amma bu sahələrin də gəlirləri stabil deyil. Pensiya məbləği 411 manat 75 qəpik təşkil edir. Turizm potensialına malik olsa da, turizmdən gələn real qazanc geniş əhali kütləsinə çatmır. 9-cu yer Göygöl rayonu – Göygöl təbiəti və turizmi ilə tanınır, amma: turizm mövsümidir, sənaye demək olar ki, yoxdur, ticarət lokal səviyyədə qalır, Bu da ümumi iqtisadi göstəriciləri aşağı salır. Ümumi məhsul buraxılışı, yəni gələn gəlir 266 939 manat təşkil edir. Əhali sayı 70 min nəfərə yaxındır. Rayonun əsas təsərrüfat fəaliyyətini taxılçılıq, kartofçuluq, maldarlıq, qoyunçuluq, meyvəçilik, tərəvəzçilik, arıçılıq, quşçuluq və üzümçülük təşkil edir. Göygöl rayonu füsunkar təbiəti ilə yanaşı, tarix və mədəniyyət abidələri ilə də zəngindir. Rayon ərazisində XII, XIV, XVI və XIX əsrlərə aid 31 yerli əhəmiyyətli tarixi və memarlıq incəsənət abidələri mövcuddur. 8-ci yerdə Samux rayonu gəlir – 7-ci yer Qax rayonu – 6-cı yerdə Zərdab rayonu gəlir – 5-ci yer Xızı rayonu – 4-cü yerdə Oğuz rayonu gəlir – Oğuz rayonu Şəki-Zaqatala iqtisadi rayonunda, Böyük Qafqazın cənub yamaclarında yerləşir. Rayon ərazisinin yarısından bir qədər azı meşələrlə örtülüdür. Burada çoxlu şəlalə, kükürdlü və termal su bulaqları var. Təbiəti çox səfalıdır, turizm üçün əlverişlidir. Əhalisi 50 min nəfərə yaxındır. Oğuzda 7 alban məbədi mövcuddur. İqtisadi baxımdan isə zəif inkişaf edib. Buna görə ölkədə 4-cü yerdə qərarlaşıb. Ümumi məhsul buraxılışı, yəni gələn gəlir 147 469 manat təşkil edir. Rayonda potensial şoxdur, ancaq az istifadə olunur. 3-cü yer Qobustan rayonu – Qobustan deyəndə hamının ağlına qədim tarix, qaya təsvirləri, tarixi abidələr gəlir. Amma gündəlik həyat tam başqadır. Əhalisi 50 min nəfərə yaxındır. Rayonda 1 şəhər, 1 qəsəbə olmaqla, 31 kənd var. Əhalinin əksəriyyəti kəndlərdə yaşayır. Ümumi məhsul buraxılışı, yəni gələn gəlir 145 498 manat təşkil edir. Bakıdan 101 km aralıda yerləşir. Rayonun böyük ərazisi quraq dağlıq zonadır. Yağış az, su qıtlığı isə daimi problemdir. Elə kəndlər var ki, yayda su saatla verilir. Torpaq kənd təsərrüfatına imkan yaratmır, turizm isə əsasən muzey ətrafında cəmlənib — kəndlərə təsiri yoxdur. Çox adam səhər tezdən çıxıb Bakıda işləyir, axşam qayıdır. 2-ci yer Lerik rayonu – Azərbaycanın ən çox kəndi olan rayonlarından biridir. 161 kəndi var. Əhalisi 100 min nəfərə yaxındır. İşləyənlərin sayı isə 4 min 900 nəfər təşkil edir. Çox aşağı göstəricidir. Rayon sakinlərinin çoxu paytaxt Bakıya köçür, iş dalınca gəlir. İş yerləri çox azdır. Ümumi məhsul buraxılışı, yəni gələn gəlir 142 648 manat təşkil edir. Rayon təbiət olaraq çox möhtəşəmdir. Gəzməli-görməli yerləri çoxdur. Yayda çox sayda turist həmin gözəllikləri görmək üçün gedir. Hazırda bu rayonda yaşı 100-ü keçmiş, lakin hələ də əmək qabiliyyətini saxlamış onlarca insan yaşayır. Ölkəmizin ən çox uzun ömürlü insanı bu rayonda yaşayır. Və 1-ci yer – Azərbaycanın iqtisadi baxımdan ən zəif inkişaf edən rayonu – Yardımlı rayonudur. Ümumi məhsul buraxılışı, yəni gələn gəlir 106 441 manat təşkil edir. Yardımlı Azərbaycanın ən çətin coğrafiyaya sahib rayonlarından biridir. Dağlar, sıldırım yollar, qış aylarında çətin keçilən kəndlər… Pensiya məbləği 413 manat təşkil edir. Yəni, pensiya da çox aşağı məbləğdə alırlar. Rayonda kənd təsərrüfatı zəif inkişaf edib, çünki torpaqlar dağlıqdır. Sənaye demək olar ki, yoxdur. Məşğulluq əsasən mövsümi işlərlə məhduddur: çətindir, risklidir, gəliri azdır. Bu şərait yaşlı əhali üçün vəziyyəti daha ağır edir. Onların çoxu uzaq kəndlərdə yaşayır, həkimə getmək üçün 20–30 km yol qət etməlidir. Aşağı pensiya ilə yaşam daha çox mübarizəyə bənzəyir.