Bu ilanlar insanı dişləmədən belə kor edə bilər

80286b3139612d306e177299bdb8483c_0x0

Çox adam hesab edir ki, zəhərli ilanlar öldürmək üçün sancmalıdır. Lakin bir qrup ilan var ki, bunu etmədən də təhlükə yarada bilir. Xüsusilə bəzi kobralar və onların qohumları zəhərlərini üç metrədək məsafəyə püskürtmək qabiliyyətinə malikdir.
Qaynarinfo “Forbes”ə istinadən xəbər verir ki, əgər zəhəri gözünüzə yönəldilərsə, sancı olmadan belə, təbiətdə ən ağrılı zərbələrdən birini alacaqsınız.
Bu necə işləyir?
Evolyusiya bioloqu Skott Trevers izah edir ki, bu kobralar ön dişlərdəki dəyişdirilmiş dəliklərdən əzələ təzyiqi ilə zəhər püskürdür. Kobranın təhlükə hissi varsa, başını kobranın xarakterik duruşunda qaldırır, zəhər vəzilərini əhatə edən əzələləri sıxır və sonra zəhəri üç metrədək məsafəyə püskürdür.
“Amma bu zəhər adətən sağlam dəri vasitəsilə daxil ola bilmir. Əl və ya ayaqda o, qıcıqlanma və ya su qabarcığı yarada bilər, amma həyat üçün təhlükəli deyil. Təhlükə ondan ibarətdir ki, zəhər selikli qişalara və ya həssas toxumalara düşür – və kobralar da əsasən həmin yerləri hədəf alır”, deyə ekspert izah edir.