Orxan Lökbatanlının ölüm xəbəri ilə bağlı AÇIQLAMA – FOTO

1771446228_600ca01ce433c0809c6b379720a9b83a

Meyxanaçı Orxan Lökbatanlının boğazındakı şiş səbəbindən vəfat etməsi ilə bağlı xəbərlər yayılıb.

Sənətçinin sosial şəbəkəsində bunun yalan olduğu bildirilib.

“Yalan xəbərdir. Orxan yaxşıdır, narahat olmayın”, – deyə O.Lökbatanlının instaqram səhifəsinin hekayə bölməsində qeyd edilib.

Mətbuat.az isə onun prodüserinə istinadən yazır ki, meyxanaçının vəziyyəti ağırdır.

Orxan Lökbatanlının xəstəxanaya yerləşdirildiyi söylənilir.