Cənubi Muğan kanalına suyun verilişi dayandırılacaq

1769631418_screenshot_27

Cənubi Muğan kanalına sabahdan suyun verilişi müvəqqəti dayandırılacaq.

Buna səbəb Bəhramtəpə Hidroqovşağında aparılacaq təmir işləridir.

Kanala suyun 10 gün sonra veriləcəyi gözlənilir.

Qeyd edək ki, Cənubi Muğan kanalı 1960-cı ildə istismara verilib. Uzunluğu 65 kilometrdir. Onun suyundan Azərbaycanın üç rayonunda – İmişli, Biləsuvar və Cəlilabadda istifadə olunur.