İnvestisiya Holdinqinə yeni mətbuat katibi təyin olundu

9a54fd181159a6fc83b94e790c1a093d_Untitled-1

Azərbaycan İnvestisiya Holdinqində (AİH) yeni təyinat olub. Bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, jurnalist Leyla Sərabi qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Qeyd edək ki, L.Sərabi daha əvvəl Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi vəzifəsində çalışıb.