Mingəçevirin 9 nömrəli məktəbinə yeni direktor təyin olundu
Mingəçevir şəhərində kadr dəyişikliyi baş verib. Dilqəm Nağıyev adına 9 nömrəli tam orta məktəbə yeni direktor təyin edilib. Bu vəzifəyə Seymur Məhərrəmov gətirilib.
Qeyd edək ki, Seymur Məhərrəmov bundan əvvəl Mingəçevir şəhər 10 nömrəli orta məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərib.