Makron Ermənistana gedəcək
Fransa Prezidenti Emmanuel Makronun mayın 4-də Ermənistana ikigünlük səfəri planlaşdırılır.
Bu barədə Ermənistanın Fransadakı fəxri konsulu Denis Corkayeff bildirib.
Səfər çərçivəsində Fransa liderinin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcəyi və İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi sammitində iştirak edəcəyi gözlənilir.