Mingəçevirdə Şəhid anasının arzusu gerçəkləşdi
Mingəçevir 1 ci Qarabağ müharibəsi şəhidi İlyas Mayılovun adının əbədiləşməsi üçün yaşadığı binanın qarşısında xatirə bulağının açılışı olub.

Bir müddət ağır xəstəlikdən əziyyət çəkən şəhidin anası Tamara ananın arzusu idi ki,oğlunun adı əbədiləşdirilsin. Ana 80 yaşında haqq dünyasına qovuşdu,lakin onun arzusu həyata keçdi.İndi ananın ruhu şaddıdır özü görməsə də oğlunun adı bulaq ilə əbədiləşdirildi.

Bu münasibətlə şəhidin yaşadığı binanın qarşısında tədbir keçirilib.İlk öncə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.İlahiyatçılar Cavid və Pünhan şəhidlərin ruhuna dualar oxuyub,şəhidlərə Allahdan rəhmət diləyiblər.

Açılış mərasimində Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı, ehtiyatda olan zabit Seymur Hidayətov çıxış edərək şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılovun adından Şəhidin ailəsinə başsaglığı verib, ailəsinə və qohumlarına səbrlər diləyib.

Tədbirdə şəhid anaları çıxış edib,şəhidin ailəsinə kiçik hədiyyə təqdim ediblər.Şəhid anası İranə Həsənova,təqaüddə olan Sahibə müəllim öz çıxışlarında İllər keçsə də, gələcək nəsillər şəhidlərimizi hər zaman böyük minnətdarlıqla yad edəcəklərini deyiblər.

Açılış mərasimində şəhidin ailə üzvüləri də çıxış edərək bulağın ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlıq bildiriblər.
Tədbirdə balaca məktəblilər də şəhidlərə aid şeirlərlə çıxış ediblər.

Daha sonra bulağın açılışı olub.
Qeyd edək ki,Şəhid İlyas Mayılov 1962 ci il mart ayının 2-də Mingəçevir şəhərində anadan olub.9 nömrəli tam orta məktəbdə 8 illik təhsilini başa vurduqdan sonra axşam məktəbində təhsilini davam etdirib.

Həm də sürücülük peşəsinə yiyələnib.Hərbi xidmətini Qazaxıstan Respublikasında yerinə yetirən İlyas 1993 cü ildən vətənin dar günündə silaha sarılıb və Murovdağda Hacıkənd batalyonun tərkibində və Kəlbəcər rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib.

1994 cü il aprel ayının 16-da Ağdam rayonunun Güllücə kəndinin müharibəsi uğrunda gedən döyüşlər zamanı itkin düşüb Mingəçevir Şəhidlər Xiyabanında rəmzi məzarı var.Ailəli idi.İki övladı var.
Allah rəhmət eləsin.
Esmira Hidayətova,Mingəçevir