Mingəçevirdə “Anım Günü” Tədbiri Keçirildi

IMG-20250925-WA0078

Mingəçevir şəhərinin 13 saylı “Səhər” körpələr evi-uşaq bağçasında 27 Sentyabr – “Anım Günü” münasibətilə xüsusi tədbir təşkil olunub.

Şəhid Ailələri Tədbirdə İştirak Edib

Tədbirdə şəhidlərin ailələri də iştirak ediblər. Şəhid Təbriz Cüməzadə İldırım oğlunun atası və xanımı Ülviyyə Əbdurrəhimova, şəhid Nurlan Məmişov İlqar oğlunun anası Qumru xanım, şəhid Ülvi Natiq oğlu Həsənovun anası Kəmalə xanım, şəhid Etibar Mahmudovun anası Əsmayə xanım, şəhid Süleymanov Mehdi Seyidəli oğlunun həyat yoldaşı Xoşqədəm xanım, şəhid Nəbiyev Şamil Xıdır oğlunun qızı İslamova Lalə xanım və Qazi Nağıyev Toğrul Şahvələd oğlunun anası Gülbahar xanım tədbir iştirakçıları arasında idilər.

Dövlət Himni və Şəhidlərimizin Xatirəsi

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açılıb. Daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi sükutla yad edilib.

Tədbiri Müdür Açdı

Tədbiri giriş sözü ilə açan bağçanın müdiri Fatma Allahverdiyeva çıxış edərək bildirib ki, Qarabağ müharibəsində canlarını fəda edən Vətən oğullarına Allahdan rəhmət diləyir. O həmçinin belə qəhrəmanları böyüdən bütün anaların qarşısında dərin hörmət və ehtiramını ifadə edib.

Körpələrin Təqdimatı

Tədbirin digər hissəsində bağçanın balaca sakinləri – körpə uşaqlar öz hazırladıqları şeirləri səsləndiriblər.

 

Uşaqların ifaları tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb, şəhidlərimizin xatirəsi ətrafında dərin duyğular yaşanıb.

Esmira Hidayətova, Mingəçevir

bolge.az üçün