20 Oktyabr – Energetiklər günüdür

“Azerbaijan”_Thermal_Power_Station_was_launched_after_major_overhaul_30

Energetika sahəsi ölkəmizin inkişafının, sənayenin, iqtisadiyyatın və insanların gündəlik həyatının əsas dayaqlarından biridir. Hər bir evdə yanan işığın, hər bir müəssisədə işləyən texnikanın, hər bir şəhərin diriliyinin arxasında energetiklərin fədakar əməyı dayanır.

Bu peşə sahibləri təkcə enerjini deyil, həm də həyatı, istiliyi və ümid işığını xalqa bəxş edən qəhrəmanlardır. Onlar qışın şaxtasında, yayın istisində, gecənin qaranlığında, fırtınalı havalarda da iş başında olur, xalqın işıqsız, istiliksiz qalmaması üçün səssiz, amma çox önəmli bir missiyanı yerinə yetirirlər.

Bu münasibətlə başda Mingəçevir şəhərində yerləşən “İES” İstilik Elektrik Stansiyasının rəhbəri Təhmasib Hüseynov olmaqla, İES-də, QRES-də və ümumilikdə Mingəçevirin bütün energetika sahəsində çalışan əməksevər, fədakar energetikləri səmimi qəlbdən təbrik edirik!

Sizin əməyiniz sayəsində Mingəçevir – Azərbaycanın enerji paytaxtı kimi adını daim qoruyur, ölkəmizin dayanıqlı enerji təminatında əsas rol oynayır.

Bu şərəfli və məsuliyyətli peşə sahiblərinə möhkəm can sağlığı, ailə səadəti, işlərində uğurlar və daim parlaq uğurlar arzulayırıq. Qoy həyatınız da sizin yaratdığınız enerji kimi daim işıqlı, güclü və istili olsun!

✨ Energetiklər Gününüz mübarək!

Bolge.az Murad Rza Oğlu