Kür Hazırlıq Mərkəzində Zəfər Bayramı – Qürur və Qələbə Sevinci ilə qeyd olundu

InShot_20251107_195724031

8 Noyabr – Zəfər Günü münasibətilə Kür Hazırlıq Mərkəzində 1–4-cü sinif şagirdlərinin iştirakı ilə “Zəfər Bayramı” adlı ədəbi-bədii tədbir keçirilib.

Tədbirin məqsədi şagirdlərdə vətənpərvərlik hisslərinin daha da gücləndirilməsi, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanların xatirəsinin uca tutulması olub.

Balaca qəhrəmanlar Vətənə olan sevgilərini şeirlər, mahnılar və səhnəciklərlə ifadə ediblər. Onların səmimi və duyğulu çıxışları tədbir iştirakçılarında qürur hissi yaradıb. Şagirdlərin ifasında səslənən vətənpərvərlik ruhlu kompozisiyalar Azərbaycanın qəhrəman ordusunun igidliyini və xalqın birliyini bir daha nümayiş etdirib.

Tədbirdə çıxış edən müəllimlər və təşkilatçılar qeyd ediblər ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixi qələbəsinin, dövlətimizin gücünün və xalq–ordu birliyinin rəmzidir.

Sonda məktəblilər “Qoy bu qələbə ruhu daim bizimlə olsun!” şüarı ilə tədbiri yekunlaşdırıblar.

Esmira Hidayətova, Mingəçevir