Şəhər rəhbərliyi: “Yayılan ittihamlar həqiqəti əks etdirmir və böhtan xarakterlidir”
Bəzi KİV-lərdə və İnformasiya Resurslarında Mingəçevir Şəhər İcra Hakimiyyətinin Rəhbərliyi Barədə Yayılan Böhtan Xarakterli İddialarla Bağlı
şəhər rəhbərliyini hədəf alan, heç bir obyektiv fakta və sübuta əsaslanmayan, qarayaxma xarakterli məlumatlara dair, birmənalı şəkildə bildiririk ki, yayılan materialda səsləndirilən bütün iddialar və ittihamlar həqiqəti əks etdirmir, əsassızdır və qəti şəkildə təkzib olunur. Bu məlumatlar şəhər rəhbərliyinin işgüzar nüfuzunu qəsdən ləkələmək məqsədi daşıyır.
Yayımlanmış məlumatlar mahiyyət etibarilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə tənzimlənən böhtan xarakteri daşıyır. Qanunla qorunan şəxsi toxunulmazlıq və işgüzar reputasiyaya qarşı yönəlmiş bu hərəkətlər yolverilməzdir.
Bütün media subyektlərini peşə etikasına əməl etməyə, dəqiqləşdirilməmiş, yoxlanılmamış və təxribat xarakterli məlumatların yayılmasından çəkinməyə çağırırıq.
İcra Hakimiyyətinin fəaliyyəti tam şəffafdır və şəhərin sosial-iqtisadi inkişafına yönəldilmişdir.