MDU tələbələrinə otelçilikdə praktik təcrübə imkanı

InShot_20251120_172825477

Turizmyönümlü ixtisaslarda təhsil alan tələbələr üçün yeni imkanlar: MDU “Hotel Naftalan” MMC ilə əməkdaşlığa başladı

2025-ci il 20 noyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) ilə “Hotel Naftalan” MMC arasında xidmət yönümlü (Turizm işinin təşkili, Turizm bələdçiliyi, Turizm və otelçilik) ixtisaslar üzrə peşəkar kadrların hazırlanmasına dair birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Memorandum müvafiq sahədə təhsilalanların istehsalat təcrübəsinə cəlb olunması, turizm və qonaqlama sahəsində ixtisaslaşmış tələbələrin nəzəri hazırlıqlarını real iş mühiti ilə birləşdirərək onların praktik bacarıqlarını artırmağı, regionun xidmət sektorunda innovativ yanaşmaların və elmi-tədqiqat təşəbbüslərinin təşviqini hədəfləyir.

Bu münasibətlə MDU-nun Tədris prosesinin təşkili və idarə olunması məsələləri üzrə rektor müşaviri Ceyhun Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti Naftalan şəhərində yerləşən “Hotel Nafta”da olublar.

İmzalamadan sonra nümayəndə heyəti sağlamlıq turizmi sahəsində peşəkar fəaliyyət göstərən “Hotel Nafta”nın müasir maddi-texniki bazası ilə tanış olub, otelin müalicə–sağlamlıq yönümlü xidmət modelləri, qonaqlama sahəsinin praktiki prosesləri, xidmət standartları və tələbələr üçün yaradılacaq real təcrübə imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə tələbələrin otel və sağlamlıq turizmi müəssisələrində istehsalat təcrübəsinin təşkili, otelçilik və sağlamlıq turizmi üzrə mütəxəssislərin universitetdə qonaq lektor qismində çıxış etməsi, eləcə də bu sahədə birgə təlim və tədqiqat layihələrinin həyata keçirilməsi kimi istiqamətlər xüsusi vurğulanıb.

Bu əməkdaşlıq MDU tələbələrinə turizm və qonaqlama sahəsində real iş mühitinə inteqrasiya olunmaq, peşəkar bacarıqlar qazanmaq və gələcək karyera imkanlarını genişləndirmək üçün mühüm platforma yaradacaq.

Qeyd edək ki, “Hotel Naftalan” MMC cari ilin 24 oktyabr tarixində MDU-nun təşkilatçılığı ilə keçirilən “Regional Universibtet–Sənaye Birliyi Sammiti 2025”də iştirak edib və əməkdaşlıq imkanları ilk dəfə həmin sammit çərçivəsində müzakirə olunaraq təməli qoyulub.