İranla danışıqlara hazırıq, lakin… – Ortaqus
ABŞ İranın nüvə proqramı ilə bağlı rəsmi danışıqlar aparmağa hazırdır, amma Tehran da birbaşa dialоqa hazır olmalıdır.
Bolge.az xəbər verir ki, bu barədə ABŞ-ın Yaxın Şərq üzrə xüsusi səfirinin müavini Morqan Ortaqus bildirib.
“Birləşmiş Ştatlar rəsmi danışıqlar aparmağa hazırdır, lakin Tehran da birbaşa və məzmunlu dialоqa açıq olduğu təqdirdə…”, – deyə, o, BMT Təhlükəsizlik Şurasının İranın nüvə proqramına dair iclasında çıxışı zamanı deyib.
Qeyd edək ki, 2025-ci ildə Omanın vasitəçiliyi ilə İranla ABŞ arasında nüvə problemləri üzrə danışıqların beş mərhələsi baş tutub. Lakin İsrailin İrana qarşı hərbi əməliyyata başlaması və ABŞ-ın İranın nüvə obyektlərinə zərbələri səbəbindən danışıqlar nəticəsiz qalıb və dayandırılıb.