İranlı diplomatların Avropa Parlamentinə girişi qadağan edildi

e7117a97bce9d8d1f1fe05a5de4e380a_xlVsbwgbcE8V8y3c9DbnLodyeTJSZLf8bDw3wQf5_825

Avropa Parlamentinin Prezidenti Roberta Metsola İranın diplomatik və digər nümayəndələrinin Avropa Parlamentinin ərazisinə buraxılmasının qadağan edildiyini açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
“İranın cəsur xalqı öz hüquq və azadlıqlarını müdafiə etməkdə davam etdiyi bir vaxtda, bu gün İranın bütün diplomatik heyətinin və digər istənilən nümayəndələrinin Avropa Parlamentinin bütün binalarına girişini qadağan etmək qərarı verdim. Parlament işgəncə, repressiya və qətllər yolu ilə hakimiyyəti əlində saxlayan bir rejimin legitimləşdirilməsinə xidmət etməyəcək”, – o vurğulayıb.