İlham Əliyev Davosda Paşinyanla ayaqüstü söhbət etdi

1769107730_ed174aef0b5d7a8cada196dd9f7b5986

Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycanın Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında qısa ayaqüstü söhbət olub.

Görüş forum tədbirləri fonunda, qeyri-rəsmi formatda reallaşıb.

Qeyd edək ki, İlham Əliyev və Nikol Paşinyan daha əvvəl ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülən Qəzza üzrə “Sülh Şurası” təşəbbüsünün nizamnaməsini imzalayıblar. Sənəd beynəlxalq siyasi müstəvidə diqqətlə izlənən proseslərdən biri kimi qiymətləndirilir.