Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşüb

1769801671_697d03b9b49c8697d03b9b49c91769800633697d03b9b49c6697d03b9b49c7

Leyla Əliyeva Cenevrədə BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya ilə görüşüb.

Məhsuldar keçən görüşdə Xəzər dənizinin ekoloji problemləri, ətraf mühitin qorunması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Həmin gün BMT-nin Cenevrədəki mənzil-qərargahında Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi, Caspisnet elmi şəbəkəsi və Tehran Konvensiyası Katibliyinin birgə təşkilatçılığı ilə “Xəzər dənizinin qorunması üçün ətraf mühitin idarə olunmasının və beynəlxalq əməkdaşlığın gücləndirilməsi” mövzusunda yüksəksəviyyəli panel müzakirələri keçirilib.