“Nyukasl”ın futbolçuları Bakı küçələrində – FOTO
İngiltərənin “Nyukasl” klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində bu gün “Qarabağ”ın qonağı olacaq.
Premyer Liqa təmsilçisinin kollektivi oyundan öncə Bakıda şəhər gəzintisinə çıxıb.
Bununla bağlı klubun sosial şəbəkə hesablarında paylaşım edilib.
Qeyd edək ki, “Qarabağ” – “Nyukasl” matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 21:45-də start götürəcək. (Teleqraf)



