Hava kəskin soyuyacaq: 4-6 dərəcə… – XƏBƏRDARLIQ

1771427811_baki_hava_yeni_bulud_soyuq

Fevralın 19-u Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 20-si səhərədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir. Məlumata əsasən, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə enəcək. Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artacağı ehtimalı var.