30 mindən çox abonentin qazı kəsiləcək – Bu tarixdə

1770996284_screenshot_2

Fevralın 17-də Mingəçevir və Yevlaxda qaz təchizatı dayandırılacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, sözügedən tarixdə qaz ölçü qovşağı üzərində quraşdırılmış baypas xətti təmir ediləcək Bu səbəbdən saat 10:00-dan təmir işləri başa çatanadək “Mingəçevir” QPS-dən qidalanan Mingəçevir şəhəri və 3 qəsəbəsində 30269 əhali və 521 qeyri əhali abonentinin və Yevlax rayonunun Hürüşağı, Tanrıqulular, Boşçalı kəndlərində 831 əhali abonentinin qaz təchizatı dayandırılacaq.