Azərbaycan ilbizləri Avropa bazarlarında peyda olacaq

1767880120_screenshot_2

Azərbaycan Avropa İttifaqı bazarlarına ilbiz ixracına başlayıb.

Qida Təhlükəsizliyi Agentliyindən Bolge.Az-a verilən məlumata görə, Salyan rayonunun Şorsulu kəndində yerləşən ilbiz istehsalı müəssisəsi qeydiyyata alınıb.

Müəssisənin ixracı ilə bağlı məlumatlar artıq Avropa İttifaqının TRACES (Ticarət Nəzarəti və Ekspert Sistemi) elektron platformasında yerləşdirilib.

Xatırladaq ki, əvvəllər qurbağa ayaqlarının Azərbaycandan Avropaya ixracına icazə verilmişdi.