Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq

82785e3058eb0903d4a72b2b64e3fdde_1715348598_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg

Dekabrın 31-i, yanvarın 1-2-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

bolge.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Şəki, Oğuz, Qəbələ, Göyçay, Xızı, İsmayıllı, Kəlbəcər, Naftalan, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Balakən, Zaqatala, Qax, Kürdəmir, Yevlax, Bərdə, Tərtər, Sabirabad, Şirvan, Füzuli, Zəngilan, Laçın, Biləsuvar, Lerik, Yardımlı, Lənkəran, Masallı, Astara, Cəlilabad, Mingəçevir, Ağdaş, Cəbrayıl, Ucar, Zərdab, Ağcabədi, Xocavənd, Ağsu, Şamaxı, Gəncə, Gədəbəy, Göygöldə isə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.