Mətbuatın missiyası və qərəzli hücumlar – AÇIQLAMA

naftalan

Son dövrlər ölkədə hadisələri dürüst və obyektiv şəkildə işıqlandıran media orqanlarının sayı təəssüf ki, azalmaqdadır. Obyektivliyini iddia edən istənilən KİV, istənilən şəraitdə ictimaiyyəti dəqiq və düzgün məlumatlandırmaq qabiliyyətinə malik olmalıdır. Müasir jurnalistika texnoloji imkanlardan istifadə edərək ən gizli qalan məsələləri belə gün üzünə çıxara bilər və bu zaman dürüstlük, tərəfsizlik əsas şərt olmalıdır.

Təəssüf ki, bəzi şəxslər heç bir araşdırma aparmadan, ciddi mənbəyə söykənmədən cəmiyyətə özlərini qərəzsiz və operativ media nümayəndəsi kimi təqdim etməyə çalışır. Onların yaydığı süni, şişirdilmiş məlumatlarda qərəz və sifarişli yanaşma açıq-aydın hiss olunur. Hər şey göz qabağındadır: reallıqdan uzaq iddialar, təkrar-təkrar gündəmə gətirilən mövzular, əsassız ittihamlar…

Xüsusilə də “Möcüzəli Naftalan Sağlamlıq və İstirahət Mərkəzi” MMC və onun rəhbəri Qoca Əmiraslanov hədəf alınır. Bu mərkəzə qarşı səsləndirilən ittihamlar heç bir fakta əsaslanmır və şər-böhtan xarakteri daşıyır. Əslində, bu cür yazılar hüquqi məsuliyyətə səbəb ola biləcək qədər ciddi məzmun daşıyır və bu “jurnalist”lər üçün xoşagəlməz nəticələrə yol aça bilər.

Qoca Əmiraslanov – Xalqına Sadiq Bir Ziyalı

Qoca Əmiraslanov uzun illərdir ki, öz peşəsində prinsipial və fədakar bir şəxsiyyət kimi tanınır. Onun fəaliyyətinə nəzər saldıqda, mərhələ-mərhələ, zəhmətlə, səs-küysüz bir şəkildə yüksəldiyini görmək mümkündür. Bu yüksəliş onun sarsılmaz iradəsi, əzmkarlığı və dövlətə, xalqa olan sədaqəti ilə bağlıdır. O, hər zaman işin ən çətin yükünü üzərinə götürən, məsuliyyətli və prinsipial mövqeyi ilə seçilən bir idarəçidir.

Təsadüfi deyil ki, bu gün bölgədə hər kəs onu tanıyır, hörmətlə qarşılayır. Onun fəaliyyəti yalnız bir sahə ilə məhdudlaşmır — həm ictimai, həm də sosial sferada nüfuzlu bir şəxs kimi tanınır. Gənclik illərindən bu günə qədər isə daim Heydər Əliyev və Prezident İlham Əliyevin siyasi kursuna sadiq qalaraq çalışmış, bu yolda layiqli xidmətlər göstərmişdir.

Qoca Əmiraslanovun müdafiəyə ehtiyacı yoxdur. Amma yayılmış əsassız iddialar qarşısında sükut da düzgün yanaşma olmazdı. Onu tanıyanlar yaxşı bilirlər ki, bu adam dövlətinə, xalqına sidq ürəklə xidmət edən, prinsipial mövqeyi ilə seçilən bir ziyalıdır.

Cəmiyyətin Mərkəzə Etimadı və Reallıqlar

Maraqlıdır ki, ittihamlar səsləndirən tərəflər cəmiyyətin münasibətinə və reallıqlara göz yummuş kimi davranırlar. Halbuki “Möcüzəli Naftalan Sağlamlıq və İstirahət Mərkəzi” bu gün regionun ən nüfuzlu sanatoriyalarından biridir və buraya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu mövsümdə 8000-dən çox müraciət daxil olub. Belə bir vəziyyətdə mərkəzdə hansı “anti-sanitariya”dan danışmaq mümkündür?

Şəhid ailələrinə və müharibə əlillərinə burada hər zaman xüsusi diqqət və qayğı göstərilir. Bu şəxslər mərkəzin ən yüksək standartlara cavab verən yeni binasında yerləşdirilir. Ortaya atılan iddialar isə cəmiyyət tərəfindən də etibarsız və sifarişli məlumatlar kimi qarşılanır.

Əslində, yayılmış böhtanların təkrar xarakter daşıması, köhnə məsələlərin yenidən gündəmə gətirilməsi bu hücumların məqsədli və planlı olduğunu açıq şəkildə göstərir. İnsanlar yaxşı ilə pisi ayırd etmək gücündədir. Sadəcə, obyektivlik və dürüst yanaşma nümayiş etdirmək lazımdır.

Nəticə

Biz bir daha bildiririk ki, bu cür böhtan xarakterli yazılar nə Qoca Əmiraslanovun fəaliyyətinə kölgə sala bilər, nə də cəmiyyətin ona olan inamını sarsıda bilər. Əksinə, bu cəhdlər cəmiyyətin gözü qarşısında daha da nüfuzdan düşür. Haqq-ədalət hər zaman öz yerini tapacaq.