MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsində idarəçilik güclənir
Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsində keçirilən genişləndirilmiş Elmi Şura iclasında mühüm kadr təyinatı həyata keçirilib. İclasda aparılan səsvermənin nəticələrinə əsasən Qədimli Nüşabə Astan qızı İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı vəzifəsinə seçilib.
Qeyd edək ki, bu təyinat Mingəçevir Dövlət Universitetində son illər müşahidə olunan davamlı inkişafın və idarəetmədə aparılan sistemli islahatların məntiqi nəticəsi kimi dəyərləndirilir. Xüsusilə universitetin hazırkı rektoru Anar Eminovun rəhbərliyi dövründə təhsil keyfiyyətinin yüksəldilməsi, fakültələrdə elmi-pedaqoji mühitin gücləndirilməsi və idarəetmədə peşəkarlığın artırılması prioritet istiqamətlərdən birinə çevrilib.
İqtisadiyyat və idarəetmə fakültəsində keçirilən dərslərin məzmun baxımından zənginləşdirilməsi, müasir tədris metodlarının tətbiqi və tələbəyönümlü yanaşmanın genişlənməsi fakültənin universitet daxilində nüfuzunu daha da artırıb. Bu baxımdan yeni dekan təyinatının fakültənin akademik və elmi potensialına əlavə töhfə verəcəyi gözlənilir.
Mingəçevir Dövlət Universiteti hazırda regionun aparıcı ali təhsil müəssisələrindən biri kimi formalaşmaqda davam edir. Tədrisin keyfiyyəti, müəllim heyətinin peşəkarlığı və idarəetmədə şəffaflıq universitetin inkişaf xəttinin əsas sütunlarını təşkil edir. Bu inkişaf strategiyası Anar Eminovun rəhbərliyi altında daha da sistemli və məqsədyönlü şəkildə həyata keçirilir.
Qədimli Nüşabə Astan qızını İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı vəzifəsinə seçilməsi münasibətilə təbrik edir, ona yeni vəzifəsində uğurlar arzulayır, fakültənin və ümumilikdə Mingəçevir Dövlət Universitetinin inkişafı naminə səmərəli fəaliyyət göstərəcəyinə inanırıq.
Esmira Hidayətova, Mingəçevir