Mingəçevir məktəblərində növbəti maarifləndirici tədbir keçirilib.

InShot_20260127_081927316

Mingəçevir şəhər 18 saylı tam orta məktəbdə şəhər polis şöbəsinin əməkdaşları növbəti narkomaniya və digər zərərli vərdişlərə qarşı maarifləndirici tədbir keçiriblər. ŞPŞ-nin rəis müavini,polis polkovniki Rüfət Zeynalov məktəblərdə, xüsusən də 18 saylı saylı tam orta məktəbdə şagirdlərlə görüşərək narkomaniyanın fəsadları haqqında maarifləndirici söhbətlər aparıb,onlara narkotik vasitələrin insan həyat və sağlamlığı üçün yaratdığı təhlükələrdən, sağlam gənc nəslin yetişməsindəki mənfi təsirlərindən danışıb.
Daha sonra çıxış edən Mingəçevir şəhər polis şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun Baş Əməliyyat Müvəkkili, polis mayoru Emin Şirəliyev narkotik vasitələrin qanunsuz dövriyyəsi və onun törətdiyi fəsadlar barədə şagirdlərə məlumat verib.Qeyd edib ki,hal-hazırda cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaran narkomaniya və narkobiznesdir. Emin Şirəliyev şagirdlərə bu kimi bəlalardan uzaq durmağı tövsiyə edib. Həmçinin, polis mayoru onu da qeyd edib ki,ŞPŞ-nin əməkdaşları maarifləndirmə işləri ilə yanaşı həm də, narkotiklərə qarşı lazımı səviyyədə mübarizə aparır. Belə ki, Mingəçevir ŞPŞ-nin adiyyəti xidməti sahələrinin əməkdaşları tərəfindən narkotik vasitələrin,psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində ötən ildə 101 fakt aşkar etmişlər.Aşkar olunmuş faktlarla birlikdə qanunsuz dövriyyədən 8 kq çox narkotik vasitələr aşkar edilib götürülmüşdür:”Əziz şagirdlər bildirmək istəyirəm ki,narkotik vasitələrin qanunsuz dövriyəsinin qarşısının alınması məqsədi ilə gəlin birlikdə hamımız narkomaniyaya yox deyək”.
Tədbirdə digər polis əməkdaşları “Dini ekstremizm və radikalizm”, “Erkən nikah və onun fəsadları”, “Yol hərəkətinin təhlükəsizliy” ilə bağlı” mövzularda çıxış ediblər.

“Yol hərəkətinin təhlükəsizliy” ilə bağlı şagirdlərlə maarifləndirici söhbət aparan Mingəçevir ŞPŞ-nin DYPB-nin əməkdaşı Samir Sultanov uşaqların təhlükəsizliyi üçün əsas məsuliyyəti biz böyüklər daşıyırıq deyib. Buna görə də piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində mübarizə tədbirləri gücləndirilmiş, yol hərəkəti qaydalarını pozan piyadaların inzibati məsuliyyətə cəlb olunmaları davamlı olaraq həyata keçirilmiş və 2026 –cı ilə qədər 120 piyada barəsində müvafiq inzibati tədbir görülmüşdür.Mingəçevir ŞPŞ-nin DYP bir daha bütün piyadalara və sürücülərə diqqətli və intizamlı olmağa,yol hərəkəti qaydalarına ciddi riayət etməyə dəvət edir.
Sonda tədbir iştirakçılarına Polis Akademiyasının kursantların maddi, sosial təminatları və imtiyazları barədə məlumatlar videoçarx vasitəsilə ilə nümayiş etdirilib,şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Esmira Hidayətova,Mingəçevir.