Mingəçevir Dövlət Universiteti uğur yolunda inamla irəliləyir

IMG-20250909-WA0140

Son günlər sosial şəbəkələrdə Mingəçevir Dövlət Universitetinin (MDU) və rektor Anar Eminovun ünvanına əsassız və həqiqətə uyğun olmayan fikirlər səsləndirilir. Bu kimi qarayaxma kampaniyaları universitetin uğurlu fəaliyyətini kölgə altına almağa xidmət edir və heç bir elmi əsası yoxdur.

MDU son illərdə ölkəmizin ali təhsil sistemində öz sözünü demiş, regionda nüfuzlu təhsil ocaqlarından birinə çevrilmişdir. Rektor Anar Eminovun rəhbərliyi dövründə universitetdə köklü islahatlar həyata keçirilmiş, tədris keyfiyyəti yüksəldilmiş, beynəlxalq əlaqələr genişləndirilmişdir. Müasir laboratoriyalar, elektron kitabxana, innovativ dərs otaqları, tələbə-mərkəzli idarəetmə sistemi bu inkişafın bariz nümunəsidir.

Eyni zamanda, tələbələrin sosial rifahı daim diqqət mərkəzində saxlanılır, onların elmi, mədəni və yaradıcı təşəbbüslərinə hərtərəfli dəstək verilir. Universitet kollektivi Anar Eminovun rəhbərliyi ilə şəffaf idarəçilik prinsiplərinə əsaslanaraq təhsilin keyfiyyətini yüksəltmək, peşəkar kadrların hazırlanmasına töhfə vermək istiqamətində ardıcıl iş aparır.

Mingəçevir Dövlət Universiteti bir daha bəyan edir ki, əsassız ittihamlar və qarayaxma kampaniyaları təhsil ocağının inkişaf yolunu dayandıra bilməz. Universitet qarşıya qoyulan hədəflərə doğru qətiyyətlə irəliləməkdə davam edir.

Mingəçevir Dövlət Universiteti – Gələcəyin qurucularını yetişdirir!

Esmira Hidayətova, Mingəçevir