Mingəçevir və Yevlaxın bəzi kəndlərində qaz verilişində fasilə olacaq
Sentyabrın 25-də saat 09:00-dan etibarən Mingəçevir şəhəri və Yevlax rayonunun bir sıra kəndlərində qaz təchizatında məhdudiyyət tətbiq ediləcək.
Fasiləyə səbəb yenidənqurma işləri görülmüş şəhər qaz xəttinin mövcud şəbəkəyə qoşulmasıdır.
Ümumilikdə 31 min 561 abonentin qaz təchizatında müvəqqəti dayanma gözlənilir.