Mingəçevirdə Mərkəzi Su Anbarı yuyulub və zərərsizləşdirilib

InShot_20250923_153527159

Mingəçevir şəhər Sukanal İdarəsinin məlumatına görə, şəhərin Kamran Hüseynov küçəsində yerləşən və idarənin balansında olan 10 min kubmetr tutumlu Mərkəzi Su Anbarında planlı təmizləmə işləri həyata keçirilib.

Bildirilib ki, proses “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin xidmət sahələrində cari il üçün Respublika GEM ilə razılaşdırılmış su anbarlarının yuyulması və zərərsizləşdirilməsi planına əsasən aparılıb.

23 sentyabr 2025-ci il tarixində görülən işlər nəticəsində anbar tam şəkildə yuyulub, dezinfeksiya edilib və suyun keyfiyyətinin qorunması üçün bütün sanitariya tələblərinə əməl olunub.

Mütəxəssislər bildirirlər ki, bu tip təmizləmə tədbirləri içməli suyun gigiyenik keyfiyyət göstəricilərini sabit saxlamaq və abonentlərə dayanıqlı, sağlam su təchizatını təmin etmək məqsədi daşıyır.

Esmira Hidayətova, Mingəçevir