Şagirdlərin zəhərləndiyi məktəbin bufeti bağlandı

1771426986_screenshot_5

Göygöldə 10 şagirdin zəhərləndiyi məktəbin bufeti bağlanıb.

Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilib.

Qeyd olunub ki, Göygöldə baş verən hadisə ilə əlaqədar AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsi tərəfindən rayonun Aşıqlı kənd məktəbinin daxilində fəaliyyət göstərən bufetdə plandankənar yoxlama keçirilib.

“Satılan məhsullardan laborator müayinələr üçün nümunələr götürülüb. Bufetin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb”, – deyə məlumatda vurğulanıb.