Zəfər Gününüz mübarək, əziz həmvətənlər!

InShot_20251108_180623001

Bu gün – 8 Noyabr Zəfər Günü – xalqımızın qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindən biridir. Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 30 illik həsrətə son qoyaraq torpaqlarımızı işğaldan azad etdi və xalqımızın tarixi ədalətini bərpa etdi.
Bu Zəfər – ümummilli birliyin, vətənpərvərliyin və dönməz iradənin təntənəsidir. Şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, xalqımızın sarsılmaz inamı ilə yazılmış bu tarix hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq.
Bu əziz gündə biz, Mingəçevir şəhərinin sakinləri olaraq, şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə və onların ailələrinə minnətdarlığımızı bildiririk.
Qoy Zəfərimizin işığı daim yolumuzu nurlandırsın, dövlətimiz və xalqımız hər zaman qalib olsun!

Eşq olsun Azərbaycan Ordusuna!
Eşq olsun qəhrəman xalqımıza!
Qarabağ Azərbaycandır!

Hörmətlə,
Anar İsmayılov
Mingəçevir şəhər bələdiyyəsinin sədri