Ukrayna Xəzərdə neft platformasını VURDU

1766159196_4133e0ac754c46f6cf0e8c52307be403

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Xəzər dənizində Rusiyanın “Lukoil” şirkətinə məxsus üçüncü neft platformasını dronlarla vurub.

“Bolge.az” xəbər verir ki, bu barədə UNIAN kəşfiyyat xidmətindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bu dəfə Rakuşeçnoye yatağında (Valeri Qreyferin adını daşıyır) qazma qurğusuna hücum edilib.

Dronun göyərtədəki kamerası platformanın qaz turbin qurğusuna uğurlu zərbəni qeydə alıb.