Somalidən onlarla ton dondurulmuş qoyun ətini Azərbaycana kim gətizdirib? – RƏSMİ 

1766158316_91e658985a998d5c3443a3b8b099cbe9

2025-ci ilin oktyabr ayından etibarən ölkəmizə Somalidən onlarla ton dondurulmuş qoyun əti idxal edilib.

“Ölkə.az” xəbər verir ki, məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mediadan daxil olan sorğuya cavab verib:

Açıqlamada bildirilir:

“Azərbaycana Somalidən kommersiya, yəni satış, ticarət, iaşə obyektlərində istehlak və ya realizə məqsədilə ət idxal edilmir. 13.10.2025-ci il tarixində isə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyinin müraciəti əsasında Səudiyyə Ərəbistanından Somali mənşəli heyvanın qurban ətindən ibarət humanitar yük (1710 qutu, 46.500 kq) yardım kimi paylanılması məqsədi ilə ölkəmizə daxil olub”.