Ağdaşda evdə meyit tapıldı
Ağdaşda evdə kişi meyiti tapılıb.
Rayonun Ağcayazı kəndində yaşayan 1998-ci il təvəllüdlü Fuad Çingiz oğlu Məmmədov evində ölü vəziyyətdə aşkar edilib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.