Şəmkirdə evin həyətindən meyit tapıldı

1768671052_meyit-1

Şəmkirdə evin həyətindən kişi meyiti tapılıb.

Hadisə bu gün səhər saatlarında rayonun Mahmudlu kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakini, 1962-ci il təvəllüdlü Mehman Qurbanovun meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.