Mingəçevirdə qeyri-qanuni tikinti dayandırılıb
Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi bildirir ki, nümayəndəliyin ərazisində Nurlan adlı şəxs tərəfindən aparılan qanunsuz tikinti işləri Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və icra nümayəndəliyinin birgə qərarı əsasında dayandırılıb.
Qeyd olunur ki, tikintiyə icazə yalnız mövcud qanunvericiliyə əsasən, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və aidiyyəti dövlət qurumlarının müsbət rəyi əldə edildikdən sonra Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən elektron qaydada verilir.
İcra Hakimiyyətinin mövcud rəhbərliyi vurğulayır ki, şəhər ərazisində aparılan bütün tikinti işləri qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməlidir. Sözügedən tikintinin tamamilə qanunsuz aparıldığı müəyyən edilib və vətəndaşa bu barədə dəfələrlə xəbərdarlıq edilib. Lakin müvafiq sənədlərin təqdim olunmaması və tikintinin icazəsiz aparılması səbəbindən obyektin inşası dayandırılıb.
Bolge.az komandası