Mingəçevir Şəhər İcra Hakimiyyətində yeni təyinat

InShot_20260205_131450131

Mingəçevir şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi baş verib. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun imzaladığı müvafiq sərəncama əsasən, indiyədək başçının müavini – Şəhər Təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışan Məhluqə Cavadova Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Məhluqə Cavadova uzun illər ərzində şəhər təsərrüfatının idarə olunmasında fəal iştirak edib, öz peşəkarlığı və məsuliyyətli fəaliyyəti ilə seçilib. Onun yeni vəzifədə də Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafına töhfə verəcəyi gözlənilir.

Təyinatla bağlı sərəncam artıq icra üçün qüvvəyə minib.